Riyaziyyatı nə üçün öyrənməliyik???
Gəlin
bu mövzunu birlikdə müzakirə edək...
Bəşəriyyətə
riyaziyyat lazımdır.
Bir
çox qaynaqlarda göstərilib ki, riyaziyyat qədim dövrlərdə insanların praktik tələblərindən
yaranmışdır.İnsanların riyaziyyatla məşğul olması haqqında fikirlər müxtəlifdir.
Riyaziyyat- poeziya , rəssamlıq , musiqi, teatr və ümumiyyətlə incasənət kimi mənəvi
tələbatdır.İnsanların həyatına riyaziyyatın verdiyi töhfələr çoxdur. Ona görə də
riyaziyyatı nə üçün öyrənirlər sualına hələ XIII əsrdə yaşamış ingilis filosofu
və təbiətşunastı Rocer Bekon belə cavab vermişdir :
“Riyaziyyatı
bilməyən kəs heç bir digər elmi öyrənə bilməz. O, hətta öz səhvlərini aşkar edə
bilməz”
Riyaziyyatın
bir digər rolu da ondan ibarətdir ki, insanın intellektual və yaradıcılıq fəaliyyətini
inkişaf etdirir.
Ətrafa
baxın.
Sivilizasiyanın
ən qiymətli və qürur verici naliyyətləri tamamilə riyaziyyatdan asılıdır. Hava
vasitəsi ilə uçan təyyarələr, kompleks dərmanların mövcudluğu, hətta indi
istifadə etdiyiniz kompüter: bu getdikcə göndəlik həyatımızda vacib məhsulların
hamısı ədədlərin istifadəsinə və öyrənilməsinə əsaslanır.Cəmiyyətin maraqlarını təmin etmək üçün riyaziyyatdan
istifadə edən insanlara nəzər yetirin.Dayandırıb bir neçə dəqiqə onlarla
müzakirə etsək riyaziyyatı həyatımızdan ayird edə bilməyəcəyimiz şəklə gətirər.
Riyaziyyat
kifayət qədər neytral bir mövzudur və buna görə asanlıqla digər elmlərlə birləşir. Riyaziyyat və Tarix, Riyaziyyat və
İngilis, Riyaziyyat və İspan , Riyaziyyat və Musiqi kimi mövcud olan
riyaziyyat əsaslı kursların getdikcə genişlənməsidir.
Rəqəmsal
rəssamın bacarıqları rəqəmsal aləmdən çıxdıqda tükənməz. Riyazi düşüncəyə malik
bir şəxsin xüsusiyyətləri asanlıqla digər vəziyyətlərə və sahələrə də uyğunlaşa
bilər. Məsələn, rasional və məntiqi düşüncə bir çox sahələrdə, əxlaqi və ya
karyera qabiliyyətində olsun tələb olunan bir xüsusiyyətdir. Bundan əlavə,
riyazi nəzəriyyələri və qaydaları başa
düşmək üçün tələb olunan yüksək səviyyəli biliklə fərd digər sektorlarda da faydalana
bilər. Riyaziyyat insanları diqqətli analitik qərarlar qəbul etməyə hazırlaşdırır.
Riyaziyyata bilik və qanunları əzbərləməklə deyil riyazi düşünməklə, riyazi ifadə etmək və
riyaziyyatı tətbiq etməyi öyrənməklə yiyələnmək olar . Hər hansı fikrin elmi olması demək həmin
fikrin müşahidə, təcrübə, riyazi məntiq və riyazi üsullarla doğrulandığından əmin
olmaq deməkdir. Bu dəqiq və etibarlı biliklərdən istifadə edərək gündəlik həyatda
olan problemlər həll olunarsa həyat sadələşmiş olar. Buna görə də riyaziyyatı tətbiq
və ifadə etmək olduqca vacibdir. Bu bacarıqlar problem yaradan insan yerinə
problem həll edən insanların yetişməsinə səbəb olacaqdır.
İlk anlayışlar olan rəqəm və ədədlərə
tərif verməyə çalışaq. Nəticə əldə edə bilməyəcəyik. Təbiətin gözəlliklərinin , sirlərinin yeganə bir dili varsa o da riyaziyyatdır. Bu
halda təbiətin faktlarını , sahib
olduqlarımızı və dəyərlərimizi başa düşmək üçün riyaziyyatı öyrənmək lazım deyilmi?
Yorumlar
Yorum Gönder