Riyaziyyatı necə öyrənək???
Riyaziyyat fənni bir qədər
diqqət və səbr tələb edir. Şagirdlər bu
fənni qavramaqda çətinlik çəkirlər. Bunun əsas səbəbi riyaziyyatın mahiyyətini
başa düşməməkdir.
Riyaziyyatı necə öyrənək??????? Bu sualı cavablandırmaq biraz çətindir. Ən
doğru cavabı tapmaq üçün riyaziyyatı bilməyən birinə “Riyaziyyatı necə öyrənək ?
“ sualını vermək lazımdır. Onun verdiyi əks
cavablar elə riyaziyyatı öyrənməyin üsullarıdır.
Bir- biri ilə qarşılıqlı əlaqəsi
olan mərtəbələrdən ibarət “riyaziyyat binası” öz təşəbbüskarlığı və bənzərsizliyi ilə daim
diqqət mərkəzində olmalıdır. Bu binanı inşa etmək üçün təməlini möhkəm qurmaq
lazımdır. Riyaziyyatın təməli hesabdır. Sonra isə qazanılan hər bir yeni bilik
növbəti mərtəbələri inşa etməyə kömək edir. Səbrli və diqqətli olmaq lazımdır. Əgər
aralarda boşluqlar qalarsa ilk və ən zəif sarsıntıda tikili yerlə yeksan olar.
Buna görə də riyaziyyatı öyrənmək üçün sistemli çalışmaq lazımdır. Bəzən bu çətin
ola bilər , ancaq məqsədlərə nail olmaq üçün çox vacibdir
Sinif xaricində nəticə əldə
etmək üçün , dərsi diqqətlə dinləmək lazımdır. Elə informasiyalar varki ,
yalnız müəllim tərəfindən verilir. Müəllimin vurğuladığı sözləri, bilikləri,
düsturları qeyd edin. Müəllim izah edərkən dərs asan görünə bilər, lakin çalışma
həlli vaxtı gəldikdə heç də asan iş olmadığı anlaşılır. Bu zaman qeydlər sizə
kömək edəcək. Əvvəllər həm dərsi dinləyib , həm də qeydlər aparmaq çətin ola
bilər. Bir müddət sonra dinlərkən qeydlər aparmaq bəsit olacaq.
Suallar verin, başa düşmürsünüzsə
soruşun. Başa düşməyən tək siz deyilsiniz. Digərləri də sual soruşduqda həm
sualı , həm də cavabı dinləyin və nəticələndirin. Sinifdə 4 – 5 nəfəfrlik
qrublar yaradın. Qrublar II, III , IV səviyyələrində olan, riyazi bilik və
qavrama qabiliyyətlərinə görə fərqlənən şagirdlərdən təşkil olunsa daha da səmərəli
olar. Ümumi qrublarla iş çox faydalıdır. İnsanların baxışları fərqlidir. Sizin həll edə bilmədiyiniz, çətin olduğunu
düşündüyünüz çalışmanı bir başqası daha fərqli sferadan yanaşıb asanlıqla həll
edə bilər. Beləliklə qrub üzvləri bir- birinə təsir edərək öz biliklərini inkişaf
etdirərlər.
Ev tapşırığı )))))
Müəllimlər həyatınızı çətinləşdirmək
üçün ev tapşırığı vermirlər. Dərsdəki mövzuları möhkəmləndirmək daha doğru
mühakimə etməklə məsələləri həll etmə bacarıqlarımızı təkmilləşdirmək üçün ev
tapşırıqları verilir.
Riyaziyyat bir çox şagirdin dərsi
dinlədikdən sonra hər mövzunu həmin an başa düşəcəyi bir fəndir. Bəzi şagrdlərin isə mövzunu tam olaraq mənimsəmək
üçün çalışmalar, məsələlər həll etməyə ehtiyacı vardır. Ev tapşırığının məqsədi
budur. Buna görə də mövzunu qavramağınıza kömək edə biləcək çalışmalar ev
tapşırığı olaraq verilir.
Düşün. Ev tapşırığı verilməsə
mövzunu qavrayib – qavramadığını bilməyəcəksən, çünkü mövzuya aid çalışma həll
etməyəcəksən. Hər dərsdən sonra ev tapşırıqlarını yazın. Müəllimin izahları
sizin üçün yeni informasiyadır və bunu həmin gün möhkəmləndirmək lazımdır. İlk
bir neçə çalışmanı qeydlərdən istifadə edərək həll edə bilərsiniz. Sonra isə
artıq sərbəst çalışmağa cəhd göstərin, çünkü imtahanlarda qeyd dəftəriniz yanında olmayacaq.
Çox vaxt şagirdlər sualları
oxuyur və necə həll edəcəklərini bilmədiyini düşünür. Sualları diqqətlə oxuyun.
Sualları bir daha yenidən diqqətlə oxuyun. Artıq hansı məlumatlar veriib və nə
soruşulur suallarının cavabını bildiyinizdən əmin olun.Açıq şəkildə məchulu qeyd
edin.Sonra verilənləri ardicillıqla açıq bir şəkildə yazın. Plan hazırlayın -
çalışmanı həll etmək üçün hansı məlumatlara ehtiyacınız olacağını müəyyənləşdirin.
Sizə kömək edəcək düsturları yazın. Əgər həll edə bilməsəniz oxşar bir
çalışmanın daha sadə formasına baxın və bir neçəsini həll edin. Nəhayət əvvəlki çalışmaya qayıdın və
etməyə başlayın. Uğurlu nəticə əldə etmək üçün həllər ardıcıllığına diqqət
yetirin.
Tətbiq , tətbiq, tətbiq. Özünüzü müəllimin verdiyi çalışmalarla məhdudlamayın.
Nə qədər çox çalışma həll etsəniz bir o qədər problemlə və fərqli həll üsulları
ilə qarşılaşacaqsınız. Riyaziyyatı daha
yaxşı öyrənmək üçün çox çalışmalı və tətbiq
etməlisiniz. Necə ki, bir çox uğurlu müəllim , həkim , mühəndis praktika ilə öz
ixtisaslarını inkişaf etdirirlər.
Riyaziyyatı öyrənməyə bir digər mane isə “ maraqsızlıqdır” Bu işdə təbiət , ətraf aləm bizə kömək edəcək, çünki riyaziyyat təbətdə , gündəlik
həytımızda gizlənmişdir. Deməli biz həyatımızın
hər anında riyaziyyatla qarşılaşırıq. Bu da bizim riyaziyyatı öyrənməyimiz üçün
ən təməl səbəbdir.....
Ocaqverdiyeva Fidan
Yorumlar
Yorum Gönder