Kayıtlar

2017 tarihine ait yayınlar gösteriliyor

Riyaziyyatı necə öyrənək???

Resim
Riyaziyyat fənni bir qədər diqqət  və səbr tələb edir. Şagirdlər bu fənni qavramaqda çətinlik çəkirlər. Bunun əsas səbəbi riyaziyyatın mahiyyətini başa düşməməkdir. Riyaziyyatı necə öyrənək???????   Bu sualı cavablandırmaq biraz çətindir. Ən doğru cavabı tapmaq üçün riyaziyyatı bilməyən birinə “Riyaziyyatı necə öyrənək ? “ sualını vermək lazımdır.  Onun verdiyi əks cavablar elə riyaziyyatı öyrənməyin üsullarıdır. Bir- biri ilə qarşılıqlı əlaqəsi olan mərtəbələrdən ibarət   “riyaziyyat binası”  öz təşəbbüskarlığı və bənzərsizliyi ilə daim diqqət mərkəzində olmalıdır.  Bu binanı  inşa etmək üçün təməlini möhkəm qurmaq lazımdır. Riyaziyyatın təməli hesabdır. Sonra isə qazanılan hər bir yeni bilik növbəti mərtəbələri inşa etməyə kömək edir.  Səbrli və diqqətli olmaq lazımdır. Əgər aralarda boşluqlar qalarsa ilk və ən zəif sarsıntıda tikili yerlə yeksan olar. Buna görə də riyaziyyatı öyrənmək üçün sistemli çalışmaq lazımdır. Bəzən ...

Təbiət riyaziyyatı bilirmi???

Resim
Fibonoççi rəqəmləri. Qızıl nisbət nədir? Qızıl nisbət təbiətdə saysız canlının və cansızın quruluşunda olan xüsusi bir nisbətdir.Təbiətdə hər bir varlığın hissələri arasında müşahidə edilən , əsrlərlə sənət və arxitekturada tətbiq olunmuş həndəsi və ədədi bir nisbət əlaqəsidir.Platona görə kosmik fizikanın açarı bu nisbətdir.Qızıl nisbətin qısaca forması belədir:      Qızıl nisbət Fibonaççi adlı italyan riyaziyyatçının ardıcıl ədədlər arasında əlaqəni tapmasıyla ortaya çıxmışdır.Fibonaççi ədədləri olaraq da adlandırılan bu ədədlərdən hər birinin özündən əvvəl gələn iki ədədin cəmindən meydana gəlməsidir. Fibonaççi ədədləri: 0 ; 1 ; 1 ; 2 ; 3 ; 5 ; 8 ; 13 ; 21 ; 55 ;   ........... Bu ədədlər ardıcıllığında hər bir ədədi özündən əvvəlki ədədə böldükdə bir-biri ilə çox yaxın nisbətlər əldə edilir. Ardıcıllıqdakı 13- cü sırada olan ədəddən sonra bu nisbət müəyyən dərəcədə  sabitləşir və təxmini olaraq 1,618 ədədinə bərabər olur. Bu nisbət “qızı...

Riyaziyyatı nə üçün öyrənməliyik???

Resim
Gəlin bu mövzunu birlikdə müzakirə edək... Bəşəriyyətə riyaziyyat lazımdır. Bir çox qaynaqlarda göstərilib ki, riyaziyyat qədim dövrlərdə insanların praktik tələblərindən yaranmışdır.İnsanların riyaziyyatla məşğul olması haqqında fikirlər müxtəlifdir. Riyaziyyat- poeziya , rəssamlıq , musiqi, teatr və ümumiyyətlə incasənət kimi mənəvi tələbatdır.İnsanların həyatına riyaziyyatın verdiyi töhfələr çoxdur. Ona görə də riyaziyyatı nə üçün öyrənirlər sualına hələ XIII əsrdə yaşamış ingilis filosofu və təbiətşunastı Rocer Bekon belə cavab vermişdir : “Riyaziyyatı bilməyən kəs heç bir digər elmi öyrənə bilməz. O, hətta öz səhvlərini aşkar edə bilməz” Riyaziyyatın bir digər rolu da ondan ibarətdir ki, insanın intellektual və yaradıcılıq fəaliyyətini inkişaf etdirir. Ətrafa baxın. Sivilizasiyanın ən qiymətli və qürur verici naliyyətləri tamamilə riyaziyyatdan asılıdır. Hava vasitəsi ilə uçan təyyarələr, kompleks dərmanların mövcudluğu, hətta indi istifadə etdiyiniz kompüter: bu ...