Tətbiq

1. Mağaza sahibi x, y, z miqdarda uyğun olaraq 30% , 35% , 40%  gəlir gətirən mallar alır. Əgər bütün pulunu 35% xeyir gətirən mala xərcləsəydi 1000 azn ziyana düşərdi. z-x=? tap.

2.Pərviz avtobusla gedərkən yolun kənarı ilə əks tərəfə gedən bir tanışını gördü. 10 saniyədən sonra o, avtobusdan düşüb tanışının ardınca getdi. Pərvizin tanışından 2 dəfə çox, avtobusdan 5 dəfə az sürətlə yeridiyini bilərək , onun nə qədər vaxt sonra tanışına çatacağını tapın.

3.Dairə formasında olan gül bağcasının mərkəzində dekorativ ağac var. Həsən Bağcanın girişində durub və ağacla arasındakı məsafə 15m- dir. Baxçanın sahəsini tap.

4. 9 ədəd top və 1 tərəzi var. Bunlardan 8-nin külələri bərabər 1-i isə daha ağırdır. Ən az neçə dəfə tərəzidə ölçmə apararaq ağır olan topu tapmaq olar?

5.1024 sm uzunluqlu çubuq 2 hissəyə bölünür. Alınmış hissələr üst- üstə qoyularaq yenidən bölünür. Dəfələrlə bu proses icra olunduqdan sonra 1 sm uzunluqlu hissələr alınır. Çubuq neçə dəfə bölünmüşdür?

6. Top yerə atılır və düşdüyü hündürlüyün 2/3 hissəsi qədər yuxarı atılır. 9 m hündürlükdən atılan top duranadək nə qədər məsafə qət edəcək.


Yorumlar

Bu blogdaki popüler yayınlar

Riyaziyyatı necə öyrənək???

Riyaziyyatı nə üçün öyrənməliyik???

Təbiət riyaziyyatı bilirmi???