Riyaziyyatı necə öyrənək???
Riyaziyyat fənni bir qədər diqqət və səbr tələb edir. Şagirdlər bu fənni qavramaqda çətinlik çəkirlər. Bunun əsas səbəbi riyaziyyatın mahiyyətini başa düşməməkdir. Riyaziyyatı necə öyrənək??????? Bu sualı cavablandırmaq biraz çətindir. Ən doğru cavabı tapmaq üçün riyaziyyatı bilməyən birinə “Riyaziyyatı necə öyrənək ? “ sualını vermək lazımdır. Onun verdiyi əks cavablar elə riyaziyyatı öyrənməyin üsullarıdır. Bir- biri ilə qarşılıqlı əlaqəsi olan mərtəbələrdən ibarət “riyaziyyat binası” öz təşəbbüskarlığı və bənzərsizliyi ilə daim diqqət mərkəzində olmalıdır. Bu binanı inşa etmək üçün təməlini möhkəm qurmaq lazımdır. Riyaziyyatın təməli hesabdır. Sonra isə qazanılan hər bir yeni bilik növbəti mərtəbələri inşa etməyə kömək edir. Səbrli və diqqətli olmaq lazımdır. Əgər aralarda boşluqlar qalarsa ilk və ən zəif sarsıntıda tikili yerlə yeksan olar. Buna görə də riyaziyyatı öyrənmək üçün sistemli çalışmaq lazımdır. Bəzən ...